Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində vəziyyəti gərginləşdirməkdə davam edir.
İyulun 14-də səhər saatlarından müxtəlif növ silahlardan istifadə edən düşmən Azərbaycan kəndlərini və dinc əhalini atəşə tutur. Azərbaycan ordusu düşmənə adekvat cavab verir.
Düşmənlə təmas xəttində yaşanan gərgin anlar AzTV-nin Tovuza ezam edilmiş əməkdaşının reportajında öz əksini tapıb. Həmin videonu sizə təqdim edirik.