24 iyun 2020 15:13
323

DYP 361 avtomobil geri qaytarıb

İyunun 23-də karantin postlarından 361 avtomobil geri qaytarılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 197 nəqliyyat vasitəsi rayon, 164 avtomobil isə paytaxt istiqamətinə geri qaytarılıb.