13 fevral 2019 14:02
301

Əflatun Amaşov: “Azərbaycan üçün 10 qəzet yetərlidir”

"Azərbaycanda gündəlik işıq üzü görən 30 qəzeti maliyyələşdirmək düzgün deyil" 

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Onun sözlərinə görə, Azərbaycanda 10 qəzet cəmiyyəti qəzetçilik baxımından təmin edə bilər:

“İstər poliqrafik, istər digər texniki şərtlər və peşəkar jurnalistlərin hazırladığı materiallar baxımından Azərbaycan üçün 10 keyfiyyətli qəzet yetərlidir. Hesab edirəm ki, 10 qəzet Azərbaycan cəmiyyətini məhz qəzetçilik, qəzetdə gedən informasiyalar baxımından təmin edə bilər. Əgər xəbər elektron informasiya vasitələrində, sosial şəbəkələrdə verilirsə, qəzetdə daha çox analitik, insanı düşündürən materiallar olmalıdır”.