08 fevral 2019 12:47
149

Əfqanıstan Prezidenti mart ayında Bakıya gələcək

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir. Dövlət başçısı VII Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.