12 may 2019 11:56
144

Əfqanıstanda 7 yeniyetmə partlayışın qurbanı oldu

Əfqanıstanın Qazni vilayətində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 7 yeniyetmə ölüb. Partlayan yolun qırağına quraşdırılan mina olub.

Vilayətin qubernatorunun mətbuat katibinin sözlərinə görə, mina "Taliban" hərəkatının terrorçuları tərəfindən quraşdırılıb.