18 sentyabr 2019 17:42
613

Əfqanıstanda partlayış törədildi - 10 ölü

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub.

Partlayış şəxsiyyət vəsiqələrinin verilməsi mərkəzi yaxınlığında baş verib.

Qeyd olunur ki, intiharçı terrorçu özünü binanın girişində partladıb.

Partlayışdan əvvəl isə bir qrup silahlı binaya hücum edib. Polis qüvvələri hücum edənləri uzaqlaşdıra bilib.