27 yanvar 2020 19:16
1089

Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-ın ola bilər

 Bu gün Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsus ola bilər.

Bu barədə TOLOnews telekanalı məlumat yayıb.

Bildirilb ki, təyyarənin mühərrikindəki tanınma nişanları onun ABŞ hərbi hava qüvvələrinə aid olduğunu göstərir. Telekanalın yaydığı kadrlarda "Bombardier E-11" təyyarəsinin bir hissəsinin yandığı görünür.

Qeyd edək ki, həmin videonun Qəzni əyalətindəki qəzaya aid olması rəsmən təsdiqlənməyib. //Azvision.az