25 oktyabr 2020 12:28
721

Əfqanıstanda terror aktı nəticəsində 30 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildəki təhsil mərkəzində terror aktı törədilib.

AZƏRTAC Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, mərkəzin binasının partladılması nəticəsində 30 nəfər ölüb, 60-ı yaralanıb.

Terror aktına görə məsuliyyəti İŞİD radikal dini qruplaşması öz üzərinə götürüb.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.