12 noyabr 2019 20:31
687

Əfqanıstanda yol qəzasında 17 nəfər ölüb

Əfqanıstanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın “TOLO news”a istinadən verdiyi xəbərə görə, qəza Bağlan vilayətində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4-ü uşaq, 5-i qadın olmaqla, ümumilikdə 17 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.