06 mart 2020 12:38
1747

Əfqanıstanın baş nazirinin olduğu tədbirdə atışma olub

Əfqanıstanda baş nazir Abdulla Abdullanın olduğu tədbirə hücum olub.

Trend-in məlumatına görə, naməlum şəxslər tədbir zamanı atəş açıb.

Qeyd olunur ki, baş nazir hadisə yerindən uzaqlaşdırılıb və xəsarət almayıb. Hər hansı bir itkinin olması barədə məlumat verilməyib.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.