21 noyabr 2019 20:48
1028

Əgər bunları yesəniz, narahatlığa səbəb yoxdur...

Dünyada psixoloji xəstəliklərdən əziyyət çəkən çox sayda insanlar var. Narahatlıq, təşviş hissi yaşayan insanlar dərmanlardan, türkəçarədən istifadə etməklə özlərində olan bu diskomfort hissini aradan qaldırırlar.

Bir neçə qida növü var ki, bu hissi aradan qaldırmaq üçün ən yaxşı vasitə hesab olunur.

Qaragilə

Bu giləmeyvəni siz həmdə vitamin və bəsləyici qida olaraq da gündəlik qəbul edirsiniz. Qaragilə antikosidant və C vitamini ilə zəngindir. Özümüzü narahat hiss edəndə, orqanizmimiz hüceyrələrimizi stressdən qorumaq üçün vitamin C-ə ehtiyac duyur. Qaragilə qəbul etməklə orqanizminizdəki hüceyrələri qoruyun və narahatlıq hissini azaldın.

Badam

Orqanizmimizdə serotonin hormonunun artması bizi psixoloji xəstəliklərdən qoruyur. Serotonin kimyəvi quruluşuna görə biohgen amin turşularının triptamin adlanan sinfinə daxil olan sevinc hormonudur. Bədənimizdə qeyri-kafi maqnezium neyromediator serotoninin həcmini azaldır . Xoşbəxtlikdən bu bioloji maddə badamın tərkibində olduqca azdır. Gələn dəfə ayaqüstü yüngül qida qəbul etmək istəsəniz tort və ya cips əvəzinə badam qəbul edin.

Qızıl balıq

Omeqa-3 ilə zəngin bu qida insanda narahatlıq, təşviş , qorxu hissini azaldır.

Omega-3 olan qidaların tərkibində eikosapentaenoik turşu (EPA) və dokozaheksaenoik turşu (DHA) kimi vacib yağ turşuları var.

Faydalı yağlardan biri olan omeqa-3, qızıl balıqla yanaşı, digər balıqlarda, məsələn, alabalıq, sardina və siyənəkdə də rast gəlinir. Qızıl balıqdan ibarət biftek sizin pəhrizinizlə əlaqədar narahatlığı azaltmaq üçün atdığınız ilk addımlardan biri ola bilər.

Tünd şokolad

Bəli, düzgün oxudunuz. Tünd şokolad insanda bu hissi aradan qaldırır. Triptofan adlanan amino turşusu ilə zəngin olan tünd şokolad sizə diskomfort yaradan bu hissi sizdən uzaqlaşdıracaq. Şokolad seçərkən çalışın faizi daha yüksək olan şokoladı seçin. Növbəti dəfə marketə gedərkən tərkibində kokao miqdarı 70% və daha çox olan şokolad alın.

Toyuq

Şokoladda olduğu kimi triptofan maddəsi toyuqda da rast gəlinir. Toyuq və yumurtanın proteinlə zəngin olduğunu bilirsiniz.

Qeyd edək ki, bu siyahıda təkcə toyuq ətinə rast gələ bilərsiniz. Ətsevərlər toyuğun serotonin ifrazını artırdığını və amino turşusu ilə orqanizmi təmin etməsini eşidəndə çox xoşbəxt olacaqlar. Ümumiyyətlə, toyuq yeyəndən sonra insanın yatmaq istəyi çoxalır , buna səbəb toyuğun tərkibindəki triptofan maddəsidir. Bu maddə də insanın əhval-ruhiyyəsini qaydasına salır.

Factsite.com saytının materialları əsasında hazırladı:

Leyla Şıxəli Bayramova, “İki sahil”