15 yanvar 2020 20:36
792

Əgər təhlükələrdən qorxmursunuzsa...

Planetimiz ekzotik və təhlükəli yerlərlə zəngindir. Ekstrimal həyat axtarışında olan insanlar bu yerlərə getməməlidirlər, çünki düşünmədən atılan bu addım onların həyatı üçün çox təhlükəli ola bilər. Təhlükəli  yerlər sizin üçün maraqlıdırsa o zaman oxuyun:

Danakil səhrası

Danakil səhrası Efiopiyada yerləşir. Danakil səhrasını hətta “Yer kürəsinin cəhənnəmi” adlandırırlar. Qorxunc səhranın torpağı  duzla , kükürdü turşusu və yer üzünə qalxan zəhərli qazlar ilə boldur. Səhranın qeyri-adi landşaftında sarı və narıncı rənglər üstünlük təşkil edir. Müşahidələrə görə, burada ekstrimal istilər qeyd olunub (təxminən 50 dərəcəyə qədər). Danakil səhrasının xarici görünüşü insana sanki başqa bir planetdə olduğunu hiss etdirir. Oksigen azlığı və zəhərli qazlar ucbatından bu səhrada demək olar ki, həyat yoxdur. Tektonik piltələrin burada yerləşməsi nəticəsində burada zəlzələlər tez-tez baş verir.

Ölüm yolu vadisi

Ölüm yolu vadisi ABŞ-nin Kaliforniya ştatının ən isti yerlərindən biri kimi  tanınır. Təhlükəli yol Boliviyada yerləşir və onun uzunluğu 70 kilometr, eni isə 3.2 metrdir. Ölüm yolu kimi tanınan bu vadi təhlükə səviyyəsinə görə dünyada 3-cü yer tutub. Bu yol paytaxt olan La-Pas və Koroyko şəhərlərini birləşdirən yeganə yoldur. 2013-cü ilin  iyun ayının 30-da burada 54 dərəcə isti qeyda alınıb. Çox maraqlıdır  ki, noyabr ayından başlayaraq marta qədər burada tropik yağışlar yağır və duman yolu tamamilə bağlayaraq  keçən avtomobil və yük maşınlarının hərəkətını iflic edir. Hər il burada 150-200 insan həlak olur. Lakin bu təhlükəyə baxmayaraq, Ölüm yolu bir çox turistlərin marağına səbəb olur. Turistlərin sözlərinə görə, burada temperatur o qədər yüksəkdir ki , hətta yerə atılan yumurta anında bişir. Adrenalin həvəskarları buraya gələrək velosiped sürürlər. Hətta 1998-ci ildə qorxu saçan bu yol 18 velosipedçinin ölümünə səbəb olub.

Şərq stansiyası

Dünyanın ən soyuq yerlərindən biri Antarktidada yerləşən Şərq stansiyası hesab olunur. Bu Sovet İttifaqında yer kürəsini müşahidə etmək üçün yaradılan bir stansiyadır.21 iyul 1983-cü ildə burada mənfi 89 dərəcə temperatur qeyd olunmuşdu və bu, Dünya Metereoloji Təşkilatı tərəfindən qeydə alınan ən aşağı temperaturdu.

Aomori şəhəri, Yaponiya

Aomori şəhəri Yaponiyanın ən qarlı bölgəsidir. İl ərzində bura təxminən 792 santimetr qar yağır. İntensiv qarın düşməsi təxminən noyabr-aprel aylarına təsadüf edir. Bura axın edən turistlər özlərini, sanki sehirli buzlaqlar arasında hiss edirlər. Bəzən Aomori şəhərinə o gedər çox qar yağır ki, bura ucu-bucağı olmayan qarlı bir səhraya bənzəyir. Çox maraqlıdır ki, bu qədər yağıntılara baxmayaraq həyat burada iflic olmur. Aomoridə 300 min insan yaşayır və  bu sərt iqlim onların yaşayışına əngəl deyil .

Mavsinram kəndi, Hindistan

Hindistanda yerləşən Mavsinram kəndi yer kürəsinin ən isti nöqtəsi olaraq tanınır. Daha dəqiq desək, Meghalaya əyalətinin, Xasi dağlarında  1430 metr yüksəklikdə, şəlalələrlə əhatə olmuş bir vadidə yerləşən bu kənd, sanki il boyu suyun içində qalmış olur. Müşahidəçilərin sözlərinə görə, dayanmadan yağan yağışların nəticəsində burada yaşayan insanların həyatı dözülməz bir işkəncəyə dönür.

Omyakon kəndi, Yakutiya

Rusiya ərazisində yerləşən Yakutiya şəhərinin Omyakon kəndi dünyanın ən soyuq yeri sayılır və bu yaşayış məntəqəsində temperatur -71.2 selsi dərəcəyə düşür. Heç bir turist bura gəlmək arzusunda deyil.

Samirə Tağıyeva, “İki sahil”