14 avqust 2019 13:14
933

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələləri keçirilib -  VİDEO

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib. Məşğələlərdə zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əsas məqsəd zabitlərin əməliyyatı planlama vərdiş və səriştələrinin real tapşırıqlara uyğun təkmilləşdirilməsi, fərdi bacarıq və peşəkarlıq səviyyələrinin artırılması, yeni normativlər üzrə imtahanların qəbulu metodikasının işlənilməsi olub.