19 avqust 2019 16:31
973

Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə keçirilən komandir hazırlığı məşğələləri yekunlaşıb

Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələlər zamanı taqım komandirlərinin ümumqoşun, ixtisas, fiziki və metodiki hazırlıq səviyyələri yoxlanılıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində məşğələlərin yekun təhlili aparılan zaman qeyd olunub ki, məqbullar götürülərkən taqım komandirləri yüksək nəticə göstəriblər.

Məşğələlərdə əsas məqsəd zabitlərin hərb sənəti üzrə biliklərinin, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsi olub.