06 sentyabr 2019 14:40
164

Əli Əhmədov: Bu həqiqətən böyük mənəvi rahatlıqdır - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının ən nəcib layihələrdən biri baş tutdu – çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi.

“İki sahil” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində bildirib. O, qeyd edib ki, ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub: “İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur. Bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil”.

Əli Əhmədov bildirib ki, partiyanın bir neçə yüz fəalı qanvermə aksiyasına qoşulub: “Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”.