18 oktyabr 2019 16:53
257

Əli Kərimlinin cangüdəni xalqa söydü - VİDEO

AXCP sədri Əli Kərimlinin sabah Bakıda, metropolitenin "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək niyyəti, əslində, aşkar qarşıdurma yaratmaq istəyidir.

Onun bir dəstə fanatik tərəfdarı, sosial şəbəkədəki trolları və xarici ölkələrə sığınmış söyüş müxalifətini formalaşdıran, YouTube kanallarında Azərbaycana düşmənçiliklə məşğul olan şəxslərdən savayı, Əli Kərimlini dəstəkləyən yox.

Zavallı bloqerin mitinq çağırışlarını fasiləsiz davam etdirməsinə rəğmən, cəmiyyətin onu saya salmaması Ə.Kərimlini təbdən çıxarıb, onun ətrafındakı marginal cəbhəçiləri isə əməlli psixoz durumuna çatdırıb.

AXCP sədri Əli Kərimlini guya xaricdə "dəstəkləyən", qeyri-adekvat davranışı və əxlaqdan çox kənar ifadələri ilə seçilən Qalib Məmmədov "19 oktyabr mitinqinə gəlməyəcək adamlar binamusdur, ermənidən törəmədir" deyir - Əli Kərimli susur.

Əli Kərimlinin mühafizəçisi, yəni cangüdəni Ruslan Əmirov da xalqı təhqir edir - onun başabəla "boss"u yenə susur.

Ruslan Əmirov sahibinə xoş gəlmək üçün elə dəridən-qabıqlan çıxmaq niyyətindədir ki, mənsub olduğu etnosu aşağılamaqdan belə çəkinməyib.

İsterika və psixoz durumunda olan R.Əmirovun səs yazısı yayılıb.

O deyir: "Qardaş, icazə vermirlər, verməsinlər! Bunu tək camaat görmür ki. Kül o kor camaatın başına. Camaat cəhənnəmə görsün! Oc...lar... İcazəsizə gələcəklər? Başıma dönərlər gələrlər. Dünya baxır..."

Bu da Əli Kərimlinin yanındakıların tərbiyəsi, əxlaqı, xalqa olan münasibəti. Əli Kərimlinin mühafizəçisi xalqa bu cür sözlər deyirsə, AXCP sədri hakimiyyətdə olarsa, görün, təhqir etdikləri, bəyənmədikləri, aşağıladıqları xalqa nə divan tutarlar...