KÖŞƏ

Sevinc Azadi

Əli Kərimlinin siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparır

24 may 2019 10:20
2375

Demokratik dəyərlərin kifayət qədər möhkəm özüllər üzərində bərqərar olaraq inkişaf etdiyi Azərbaycan sosial-iqtisadi sahədə də dinamik tərəqqi dövrünü yaşayır. Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələr üzrə inkişafın biri-birini tamamlaması isə öz növbəsində ölkəmizi daha güclü, beynəlxalq miqyasda daha böyük nüfuz sahibi olan bir dövlətə çevirir.

Lakin ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olmasını həzm edə bilməyənlərin sayı da az deyil. Bu, ilk növbədə, artıq neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərən anti-Azərbaycan şəbəkəyə, bu şəbəkənin əsas nümayəndələrindən olan Ermənistana və bəzi dövlətlərə aiddir. O da məlum həqiqətdir ki, sözügedən şəbəkənin sıraları genişdir və Azərbaycanın daxilində də təmsilçiləri, əlaltıları mövcuddur. Hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı, siyasi partiya adı altında fəaliyyət göstərən belə buyruq qulları əməlləri ilə istənilən an Azərbaycana, xalqa xəyanət etməyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Cəmiyyətdən özünü təcrid halına salmış bu radikal ünsürlər ölkəmizin rifahını istəməyənlər kimi Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər.

Bu gün AXCP sədri olan Əli Kərimlinin “Facebook”dakı səhifəsinə nəzər salmaq kifayətdir ki, hakimiyyətə iddialı olan birinin necə radikallığa meyilli olduğunu görəsən. XXI əsr, dünyanın fərqli istiqamətdə dəyişdiyi, Avropa ölkələrinin belə istənilən kəskin qərarın əleyhinə olduğu dönəmdə bizə Avropa dəyərlərindən nağıllar danışan Əli Kərimli sonda inqilab, üsyan sevdasından söz açır. Son günlər isə az qala hər iki statusundan birində üsyandan, inqilabdan söz açan AXCP sədri bu yolla insanları öz tərəfinə çəkəcəyini düşünür... “Fərdi üsyanları eşitmək lazımdır ki, ümumi üsyanlara çevrilməsin” deyən radikal düşüncəli AXCP sədri görünür cəmiyyətimizə, ölkəmizə gözüyumulu nəzər salır. Əlbəttə, onun ən böyük sevdası “ərəb baharları”nın Qafqaza gəlib çıxması, Azərbaycanda da təkrarlanması idi ki, bu arzusu da ürəyində qaldı. Amma son dövrlərin çox inkişaf edən, ən çox sosial-iqtisadi, siyasi islahatlar aparılan ölkələrindən olan Azərbaycanda nə üsyana, nə inqilaba, nə də yuxusunda gördüyü milyonluq mitinqlərə zəmin yoxdur axı. Əli Kərimlinin də bağlı olduğu Qərbi gecə-gündüz tərif edən Sevinc Osmanqızının az qala hər həftə təbliğ edib verilişində qonaq etdiyi AXCP sədri üsyanlardan, lokal etirazların artmasından, sosial partlayışların ayaq səslərindən gülməli şəkildə söz açıb. Əslində o, bu cür terminləri tez-tez işlətməklə onları dinləyən sadə insanların beyninə psixoloji olaraq təsir etməyə çalışır ki, guya ölkədə durum pisdir, Qərb inqilaba qalxacaq kütlənin arxasında duracaq və s. Amma bu xalq belə şirin vədləri 90-cı illərdə də eşitmişdi. Həmin illərdə mövcud olan anarxiyanın, xaosun yaranmasında radikal müxalifətin indi ən maraqlı tərəflərdən biri kimi çıxış etməsinin səbəbləri hamıya yaxşı məlum olan həqiqətdir.

Əli Kərimli bu günədək siyasi fəaliyyəti ilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə bir-birlərindən xarici pulverənlərə kompromat ötürmək uğrunda mübarizə aparırlar. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparır. Bunu uzun müddət Ə. Kərimli ilə bir cəbhədə təmsil olunanlar da bəyan ediblər. AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanət yolu tutub. Ona görə də Əli Kərimlinin mənəviyyatsızlıq simvolu olmasını isbat etməyə ehtiyac yoxdur. Onun Azərbaycana qərəzli mövqedə dayanan, xarici ölkələrin əlində fiqura çevrilməsi, təxribatçı qüvvələrlə birgə çalışmasını təsdiqləyən çoxsaylı faktlar movcuddur. “Siyasi karyerasında”, xüsusilə ermənilərlə işbiriyini təsdiq edən amillər istənilən qədərdir. Azərbaycanda “Demokratiyanın İnkişafı Fondu”ndan aldığı pulları mənimsəyərək başqalarına böhtan atmaqla məşğul olan, “erməni lobbisinin fəxri üzvü, dayısı” adını daşımaqdan utanmayan bu “siyasətçi” həmişə şəxsi maraqlarına görə dövlətçiliyimizə xələl gətirir. Ermənilərdən başqa dünyada məşhur olan terrorçu qrup və islami təşkilatlarla da əlaqə yaradaraq Azərbaycana qarşı böhtan kampaniyasında fərqləndiyi üçün “xidmətləri” də əvəzsiz qalmır. Bu gün hər kəs yaxşı görür ki, Əli Kərimli erməni lobbisindən aldığı çirkli pullarla xaricdə öz biznesini qurmaqla, ailəsinə lüks həyat şəraiti yaratmaqla məşğuldur. AXCP sıralarından istefa verən cəbhəçilərin də dedikləri kimi, Əli Kərimlinin partiyanın hesabına əldə etdiyi milyonlardan özü və ailəsi komfortlu bir həyat tərzi yaşayır. Əvəzində sıravi cəbhəçilər istismar edilir və ən acınacaqlı bir durumda yaşayırlar. Əli Kərimli sadəcə bir partiya sədri deyil, böyük dələduz və hoqqabazdır. O, 24 ildir ki, saxta  məlumatlarla, pafoslu çıxışları ilə öz yaxın dostlarının dövlətə və dövlətçiliyə qarşı çıxmasına çalışıb. Xaricdəki rejissorların əmrlərini yerinə yetirən Əli Kərimlini acı tale gözləyir: nədən ki, tarix satqınları heç vaxt bağışlamır, zamanla tale isə belələrinə qarşı amansız olur.