12 dekabr 2019 20:03
1090

Əli Kərmlinin “boykot”u radikalların özləri tərəfindən boykot edilir

Əli Kərimli illərdir ki, ətrafını, rəqiblərini, müttəfiqlərini, xarici donorlarını aldadır. Hələ  “Azadlıq” qəzetinin parlament müxbiri olarkən yalançılığa başlayan, sonra dövlət katibi, AXC sədri Əbülfəz Elçibəyin müavini olanda da yalanlarını yaşam tərzinə çevirən Əli Kərimlinin bu genetik xəstəliyi heç sağalana oxşamır. Əli Kərimlini tanıyanlar yaxşı bilirlər ki, arxada ona- buna “xox” gəlməyə çalışsa da, əslində qorxaq olan Əli Kərimlinin xislətində hər cür mənfi keyfiyyətləri görmək mümkündür. Qəhrəmanlıq hesab etdiyi azsaylı mitinq şoularında ortada görünməməyinin səbəbi də elə qorxaqlığının əlamətidir.

Siyasi işbazlardan ibarət yaranan “yurd”a şeflik edən, özünə guya yaxın bildiyi “tərəfdaş” partiyalarla iş birliyi görüntüsü yaradan, son məqamda isə onlara xəyanət edən, davamlı olaraq AXCP-nin sıravi üzvlərini belə aldadan Əli Kərimlinin qorxaqlığına paralel olan digər xüsusiyyəti hiyləgərliyidir. Funksionerlərin yaxşı yadındadır ki, siyasi kampaniyalar ərəfəsində yaradılan bütün blok və birliklərin formalaşdırılmasının “təşəbbüskarı” olan, son məqamda  fatihəsi Əli Kərimli ilə sabiq başqan İsa Qəmbər cütlüyü tərəfindən oxunan oyuncaq təşkilatların dağılmasının da səbəbkarı “islahatçı” sədr olub. Ümumiyyətlə, özünü “siyasətçi, qətiyyətli şəxsiyyət, usanmaz mübariz və tam bir qəhrəman” obrazında təsəvvür edən bu siyasətbazın dəyişilməyən yeganə xarakteri pula, mala hərisliyidir. Pul üçün ilana belə sarılmağa hazır olan bu kreslo düşgününün ətrafındakılara qarşı etdiyi xəyanətlərin sayı-hesabı yoxdur. “Forma dəyişsə də, məzmun dəyişmir” formuluna uyğun düşərgədə gedişlər etməyə adətkərdə olan, “beşinci kolon”u yaratmaqla, “Milli Şura”ya rəhbərliyi mənimsəməklə “mübarizə üsulunun sferasını genişləndirdiyini”, “təkamül yolu ilə getdiyini” zənn edən Əli Kərimli əslində, həmişə olduğu kimi, tısbağa yerişi ilə sıfır orbitindən uzaqlaşmır.

 Özünə sərf etdiyi məqamlarda hər kəslə, hətta ermənilərlə, dini radikallarla belə danışıqlara gedən, özünü gah “spiker”, gah da xarici ölkələrdən birində “səfir” kimi xəyal edən Əli Kərimlinin bu yalanlarına düşərgədə heç kim inanmadığı üçün, ara-sıra özü haqqında yalanlar uydurmaq şansını əldən vermir. Siyasi kampaniyalarda gah sabiq başqan İsa Qəmbəri, gah da AMİP lideri Etibar Məmmədovu “ müdafiə edən” bu saxtakarın iç üzünə hamı bələddir.  Əvvəlki illərdə keçirilən seçkilərdə əzəli rəqibi  İsa Qəmbəri müxalifətin vahid namizədi qismində tanıyacağını vəd etsə də,  çox keçməmiş Etibar Məmmədovla gizli görüşərək birgə fəaliyyət qərarına gəlməsi Əli Kərimli  portretinin xəyanət cizgisidir.

Özü kimi Vətən xainləri Xədicə İsmayıl, Leyla və Arif Yunus- Bağdasaryanlarla iş birliyi yaradaraq, Azərbaycan əleyhinə aparılan təxribatlarda iştirak edən Əli Kərimli Nardaran hadisələrindən də öz mənfəətini güdərək əli boşda qalmadı. Yaxınlarının profilində yer alan  “AXCP sədrinin Nardaran hadisələrində “həmin kəndi müqavimətin və mübarizənin mərkəzi adlandırması” sözləri Əli Kərimlinin çoxşaxəli xəyanətlərinin, gizli oyunlarının bir nümunəsidir.

 Özünə münasib saytlarda, sosial şəbəkələrdə “qəhrəmanlıqlarından” gen-bol danışan bu dil pəhləvanının fevralın 9-na təyin olunan Milli Məclisə  növbədənkənar seçkilər barədə də xüsusi “düşüncələri” var. Ölkəmizdə yaranan demokratik şəraitdən bəhrələnən, Müsavat, REAL da daxil olmaqla bir çox partiyalar seçkilərdə iştirak edəcəkləri barədə qərar qəbul ediblər və hazırda namizədlərini müəyyənləşdirirlər. Yenə də atalar məsəli yada düşür: “Bəyə, xana yaradı, keçəl qıza yaramadı.” Hər bir işdə buynuz çıxaran Əli Kərimli bu məsələdə də xəyanətkar niyyətini gizlətmir. Özünü bütün partiyalardan fərqli mövqeyə malik olduğunu göstərməyə çalaşaraq seçkiləri boykot edəcəyini bildirir. Bununla da siyasi mübarizədə oyundankənar vəziyyətdə qaldığını təsdiqləyir. Başqa çıxış yolu da yoxdur. Çünki bilir ki, partiyada elə mürəkkəb qarşıdurma şəraiti yaradıb ki, bütün üzvlərin dəstəkləyəcəyi düz-əməli namizədi tapmaq müşkülə dönüb.  Namizədləri olsa da onlara səs verib, etimad göstərəcək sosial bazaları yoxdur. Belə yerdə deyiblər ki, yoxun da, kasıbçılığın da üzü qara olsun. Qutuda qalacaqlarını bilən, rənginin daha da qatılaşmasını istəməyən Əli Kərimlinin bu yolu seçməkdən başqa çarəsi yoxdur. Yüz faiz bilir ki, heç bir seçici AXCP-nin namizədinə etimad göstərməyəcək. Daim ikili oyun taktikasını seçən “yurd” şefi bununla xarici havadarlarından alacağı qrantın dəyərini artırmaq istəyir. AXCP-”Milli Şura” təmsilçilərinin “boykot” seçimi bütünlükdə radikal  düşərgə mənsubları tərəfindən də tənqid olunur. Funksionerlər belə hesab edirlər ki, seçki ərəfəsində mitinq, aksiya şouları da əhəmiyyətsizdir. Belə ki, Əli Kərimlinin “boykot”una boykot çağırışı elə düşərgədən səslənir.  

Xuraman İsmayılqızı, “İki sahil”