14 may 2019 17:18
70

Elmar Məmmədyarov: Bütün strateji regional layihələr Ermənistandan yan keçib

"Danışıqlar masasına əyləşib substantiv danışıqlar adlandırdığım prosesi başa çadırmaq üçün ciddi siyasi yanaşma nümayiş etdirmək və qərar vermək lazımdır. Oturmusunuz və özünüz-özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. 30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb?"

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar MəmmədyarovBrüsseldə ermənistanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirib, Ermənistandan yan keçməklə dəmir yolu, boru kəmərləri və qaz kəmərləri tikdirib: "Bu gün haqqında danışdığımız bütün strateji layihələr Ermənistandan yan keçib. Bəs Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazanıb?!"