14 may 2019 14:24
188

Elmar Məmmədyarov Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə keçirilən yüksək səviyyəli konfransda iştirak edir

Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə yüksək səviyyəli konfrans öz işinə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xarici İşlər naziri Elmar Məmmədyarov konfransda iştirak edir.

Hazırda konfrans çərçivəsində "Şərq Tərəfdaşlığı"nın 10 ili: Konkret nəticələrin əldə olunmasında uğurlar və çağırışlar" paneli başlayıb.