15 aprel 2019 10:17
3277

Elşad Abdullayevin qızı erməni ilə evləndi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş korrupsioner rektoru, dələduz Elşad Abdullayevin qızı Aynur Abdullayeva erməni Artyom Xaçaturyan ilə ailə qurub.

“İki sahil” Tr-nyheter.com saytına istinadən xəbər verir ki, çütlük 3 ildir evlidir və E.Abdullayevin qızı bu izdivacdan xoşbəxtdir.

Saytın yazdığına görə, onların bir oğlu var.

Tez-tez və dinc şəraitdə bir yerdə yaşamağın vacibliyinə toxunan A.Abdullayeva (Xaçaturyan) erməni və Azərbaycan mahnılarına oynayan erməni və azərbaycanlıların videosunu paylaşaraq qeyd edib: “Baxın, insanların dostluq və sülh içində yaşadığını öyrənin. Bunu millətçilər üçün paylaşıram”.

Qeyd edək ki, məlumatın orjinal variant ilə BURADAN tanış ola bilərsiniz.