02 iyun 2020 14:05
1318

Elxan Məmmədov: Azərbaycan Premyer Liqasında 10 komanda olmayacaq

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümündə komanda sayı artırılmayacaq.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası aşağı dəstədən iki klubun elitaya qalxmasına mənfi təsir göstərəcək: "Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək".

Qeyd edək ki, "Turan Tovuz" və "Kəpəz"in yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilirdi.