14 iyul 2020 14:23
1026

Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkiləri olan düşmən geri çəkilməyə məcbur edilib. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır.

O, qeyd edib ki, əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır.

V.Dərgahlı bildirib ki, xalqımız əmin olmalıdır ki, Azərbaycan Ordusu Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.