22 yanvar 2021 02:00
652

Ən böyük peyvənd istehsalçısı sayılan institutda güclü yanğın

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda yanğın baş verib.

"İki sahil" bildirir ki, yanğın olan binada 4 nəfər olub. Onlardan 3 nəfəri xilas edilib.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib. Qeyd edək ki, həmin institutda Hindistan "AstraZeneca" şirkəti və Oksford Universiteti ilə birgə "Covishield" vaksinini istehsal edir.