17 mart 2020 15:55
1060

Ən çox hansı qan qrupları koronavirusa yoluxur?

Çinli elm adamları yeni tip koronavirusun hansı qan qruplarına məxsus insanlara daha çox yoluxduğunu öyrənmək üçün araşdırma aparıb.

Alimlər 4 fərqli qan qrupuna məxsus 18,6 – 45 yaş aralığındakı 2 min 713 nəfərdən analiz götürüb.

Onlardan 1 775-i virusa yoluxmuş, 206-ı isə koronavirusdan ölən şəxslər olub. Bundan başqa, epidemiyanın mərkəzi hesab olunan Uhanda yaşayan virusa yoluxmamış, lakin risk altında olan 3 min 964 sakin də araşdırmaya daxil edilib.

Nəticədə məlum olub ki, qan qrupu 1 olan şəxslərin virusa yoluxma riski daha yüksəkdir (37,75). Ən az risk altında olanlar isə 4-cü qrupa məxsus insanlardır (25,80). Burada cinsiyyət rol oynamır.

Qeyd edək ki, araşdırma məqaləsi “medRxiv” onlayn sağlamlıq araşdırması saytında dərc olunub. Araşdırmanı genetik tədqiqatlara fokuslanan “Cold Spring Harbor” laboratoriyası dəstəkləyib. //Publika.az