14 iyun 2019 13:50
1165

Ən təhlükəli ölkələrin reytinqi açıqlanıb - SİYAHI

İqtisadiyyat və Sülh İnstitutunun (“Institute for Economics and Peace”) sosioloq və iqtisadçıları Qlobal Sülhsevər İndeksini (“Global Peace Index”) dərc ediblər. İndeks çərçivəsində dünyanın ən təhlükəli və təhlükəsiz ölkələri müəyyənləşib.

APA-nın sözügedən indeksə istinadən verdiyi məlumata görə, indeksə dünyanın 163 ölkəsi daxil olub. İndeks 23 əsas keyfiyyət və kəmiyyət göstərici üzrə tərtib olunub ki, bunlar 3 böyük qrupa bölünüb: daxili və beynəlxalq münaqişə, cəmiyyətdə təhlükəsizlik və stabillik səviyyəsi, silahlanma. Bura intiharların sayı, 100 min əhaliyə düşən güc strukturlarının nümayəndələrinin sayı, cəmiyyətdə kriminal fəaliyyətin səviyyəsi, məhkumların sayı, siyasi terror şkalası, əhalinin silaha əlçatanlığı daxildir.

Nəticədə ən təhlükəli ölkələr reytinqinin birinci yerində 3,574 indeksi ilə Əfqanıstan qərarlaşıb. İlk onluğu isə Rusiya tamamlayır.

Ən təhlükəli ölkələrin reytinqi:

#

Ölkə

İndeks

1

Əfqanıstan

3,574

2

Suriya

3,566

3

Cənubi Sudan

3,526

4

Yəmən

3,412

5

İraq

3,369

6

Somali

3,300

7

Mərkəzi Afrika Respublikası

3,296

8

Liviya

3,285

9

Konqo Demokratik Respublikası

3,218

10

Rusiya

3,093