16 mart 2020 14:18
2366

Ən uzunömürlü insanlar burada yaşayır - FOTO

Yunanıstanın Egey dənizindəki adası İkariya ən uzunömürlü insanlara ev sahibliyi edir. Təmiz havası və gözəl təbiəti ilə diqqəti cəlb edən İkariyada orta həyat avropalılardan on il çoxdur.

“İki sahil” xəbər verir ki, təxminən 8500 nəfərin yaşadığı İkariya adasının ərazisi 254 kvadrat kilometrdir.

Təbiəti, təmiz havası və dənizi adanın gözəlliklərindəndir. Mifologiyada adını qanadlı at ikarusundan götürən İkariya əfsanəyə görə bura onun yaşadığı yerdir. Atası Dedalusa qulaq asmayan İkarus günəşə çox yaxın uçduğundan sonralar bu adada yaşamağa başlayır.

Samos adasının qərb tərəfində yerləşən İkaria sakit bir tətil keçirmək istəyənlərin seçimidir. Bənzərsiz təbiəti, təmiz havası və dənizi ilə turistləri valeh edən İkariya araşdırmalara görə Avropada ən uzunömürlü insanların yaşadığı yerdir.

Afina Universitetinin ada xalqı üzərində apardığı araşdırmanın nəticələrinə görə ikaryalılar qitədə yaşayan ən uzunömürlü insanların yaşadığı yerdir.

8500 nəfər üzərində aparılan araşdırmalara görə, ada xalqının Avropadan orta hesabla on il daha çox yaşadığı məlum olub. Siqaret çəkilməsinin Yunanıstanın digər hissələrindən xeyli aşağı olduğu adanın yemək vərdişləri bu durumun əsas amillərindən biridir.

Türkiyədən İkariaya getmək üçün Kuşadası və ya Seferihisardan gedən gəmilərlə Sisama oradan da bu uzun ömürlü insanların yaşadığı adaya çatmaq mümkündür.

Miladdan öncə üçüncü əsrin qalıqlarının tapıldığı adanın tarixi sərvətlərinin zənginliyi də var.