10 noyabr 2019 17:27
1006

“Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış - VİDEO

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib.

Fərdi və qrup halında normativlərin götürüldüyü yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Yarışın ümumi nəticələrinə əsasən özüyeriyən tank əleyhinə raket kompleksi batareyası birinci olub.