13 sentyabr 2019 11:58
75

Energetika naziri və müavinləri vətəndaşlarla görüşəcək

Sentyabrın 27-də Energetika naziri Pərviz Şahbazov Tovuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialının inzibati binasında (ünvan: Tovuz şəhəri, Düz Cırdaxan kəndi) keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qazax şəhərində Qazax və Ağstafa rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Qazax rayon Gənclər Mərkəzində (ünvan: Qazax şəhəri Heydər Əliyev parkı) keçiriləcək.

Nazir müavini Elnur Soltanov isə Şəmkir şəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 13:00-da Şəmkir rayon Gənclər Mərkəzində (ünvan: Şəmkir şəhəri, Bayraq Meydanı) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq” bölməsi və nazirliyin “Facebook” səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.