11 iyul 2019 10:49
921

Enerjimizi azaldan səbəblər

Bəzən çox  çalışmadıqda və ya  gərgin  iş həftəsi  keçirmədiyimiz  halda  özümüzü  yorğun hiss  edirik. Gücümüzün  və enerjimizin   səbəbsiz  yerə tükəndiyini  düşünürük. Amma bu heç də belə deyil. Bizim  sırf   fiziki baxımdan  dəyərləndirdiyimiz  məsələnin  kökündə əslində mənəvi,  yəni psixoloji  gərginlik  və ağırlıqlar  dayanır.

Gün  ərzində  davranışımız, münasibətimiz, ünsiyyətimiz, qərarlarımız  birbaşa  bizim  enerjimizə təsir  edir.

Bəs gücümüzü tükədən səbəblər nədir?

“Publika.az”da qeyd  olunanlara  əsasən  demək olar ki,  “yox” demək istədiyimiz, amma bu və ya digər səbəblərdən dolayı məcbur qalıb  “hə” dediyimiz zaman;

Kədər və göz yaşlarını gizlədib xoşbəxt görünməyə çalışdığımız zaman;

İstirahət etməmək;

“Hansı işıqlı məqsədlər naminə mən indi buna dözürəm?” sualına cavab tapmaq əvəzinə, özünü hər şeyin yaxşı olacağına inandıraraq sevmədiyin işi görməyə məcbur etmək və ya nəyəsə dözmək;

İnsanlardan yardım istəmək əvəzinə onlardan xəbərsiz küsmək;

Bəzi səbəblərdən dolayı xoşlamadığımız və ya maraqsız insanlarla ünsiyyət qurmağa məcbur olmaq;

Neqativ mövzulardan danışan insanları dinləmək;

Tıxac, kommunal xərclər və s. bu kimi məsələlərin çox müzakirəsi;

Başqalarının necə yaşadığı barədə uzun və emosional müzakirələr;

Bezdiyimiz işdə çalışmağa davam etmək;

Qorxu hissi;

 Kiminsə gəlib həyatımızı dəyişdirəcəyini gözləmək;

 Özünə inamın azlığı, özünü sevməmək, özünü bacarıqsız, qabiliyyətsiz və uğursuz hesab etmək.

Enerjimizi  qorumaq  üçün  nələr etməliyik?

Müsbət və xoş  auralı insanlarla  ünsiyyət;

Yeni biliklər öyrənmək;

Səyahət;

Öz qorxularına qalib gəlmək;

Yeni nələrisə sınaqdan keçirmək;

Açıq havada bir müddət gəzmək (Bunu işə və ya mağazaya getməklə qarışıq salmayın. Sadəcə müəyyən məqsədlər olmadan gəzin);

Yaradıcılıqla məşğul olmaq;

Bizi dəstəkləyən və bizə inanan insanlarla görüşmək;

Fiziki məşq və aktiv həyat tərzi;

Emosional gərginlikdən xilas olmaq (Kimisə həqiqətən bağışladıqdan sonra keçirdiyiniz hissləri xatırlayın).

“Yox” demək istəyirsinizsə, “yox” deyin və ya “hə” demək istəyirsinizsə, çəkinmədən “hə” deyin. Əks halda böyük enerji itkisinə məruz qalacaqsınız və itirilmiş enerjini bərpa etmək xeyli vaxtınızı alacaq. Odur ki, elə indidən istəkləriniz üzrə hərəkət etməyə və ona doğru yaxınlaşmağa start verin.

Bütün bu  sadalananları nəzərə alıb  həm enerjimizə, həm  gücümüzə, həm  əhval -ruhiyyəmizə mənfi  təsir  edən bütün  vərdişlərimizi  dərhal tərgitməliyik.

Yaqut Ağaşahqızı, “İki sahil”