04 dekabr 2020 13:23
691

“Engen”in zavodunda partlayış

Cənubi Afrikanın cənub-şərqindəki Durban şəhəri yaxınlığında neft emalı zavodunda güclü partlayış baş verib.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, “Engen” neft şirkətində baş verən partlayışla əlaqədar hadisə yerinə çoxsaylı təcili yardım qrupları cəlb olunub.

Hələ ki, qurbanlar və zərərçəkənlər barədə məlumat yoxdur.

Qeyd edək ki, “Engen” - Afrikanın aparıcı xam neft emalı şirkətlərindən biridir. Şirkət qitənin 30 ölkəsinin bazarlarında işləyir. Durbandakı müəssisəsi isə Cənubi Afrikadakı ən böyük zavodlardan biridir.