21 avqust 2019 20:33
758

 “Equinor” və şəriklərindən yeni kəşf

 Norveçin neft nəhəngi hesab olunan “Equinor”  şirkəti onun və şərikləri “OMV” və  “Petoro” şirkətləri  Barens dənizində yerləşən  “Sputnik”  kəşfiyyat quyusunda neft kəşfinə imza atıblar.  Şirkət kəşfin 20-65 nilyon barrel neft ekvivalenti həcmində olduğunu bildirib.

“Sputnik” quyusu  855 saylı hasilat  yatağında  “Vistinq” kəşfinin  təxminən  30 kilometr şimal-şərqində  yerləşir. Quyuda, həmçinin 15 metrlik neft sütunları da aşkar olunub.  

“İki sahil” menafn.com saytına istinadən xəbər verir ki,  quyudan götürülən nəticələr  neftin yüngül neft olduğunu təsdiqləyib.

Leyla,

“İki sahil”