11 iyul 2020 12:11
1464

Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimiz Vətənə gətirilib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-də Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Vətənə çatdırıb.

“İki sahil” xəbər verir ki, AZAL-dan bildirilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.