11 oktyabr 2019 19:18
98

Ərazi ilk partiya təşkilatında görüş

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Binəqədi rayonu, 28 May qəsəbəsi, 8-ci küçə ünvanlı ərazi ilk partiya təşkilatında partiya fəalları ilə görüş keçirib.

Çıxış edən YAP-ın üzvü, 306 saylı orta məktəbin direktoru Gültəkin Ədilova Prezident İlham Əliyev tərəfindən təhsilə böyük diqqət və qayğı göstərilməsindən söhbət açıb: “Hal-hazırda tədbirin keçirildiyi bu məktəb bir il bundan öncə tikilib və müsair tələblərə cavab verən şəraitlə təmin olunub. Belə məktəblərin sayı onlarla, yüzlərlədir. Yaradılan belə gözəl şəraitdə isə Azəbycanının vətənpərvər gəncləri yetişir və formalaşır”.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bildirib ki, rayon təşkilatının partiya üzvləri ilə görüşlər keçirməsində əsas məqsəd sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin öyrənilməsi, ictimai-siyasi proseslərdə fəal iştiraklarının təmin edilməsidir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edən təşkilat sədri bildirib ki, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir. R. Göyüşov partiya üzvlərini bu cür siyasi situasiyalarda daha da ayıq-sayıq olmağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

Görüş bədii hissə ilə davam edib.

Taleh Bağırov, “İki sahil”