27 fevral 2020 18:11
1471

Ercan Karavay: Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır

Beynəlxalq ictimaiyyət, bütün dünya Xocalı soyqırımını tanımalıdır. Xocalı faciəsi 28 il əvvəl baş verməsinə baxmayaraq, unudulmayıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Parisin Notre-Dame les Blancs-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirin iştirakçısı Ercan Karavay deyib.

“Hamı bilməlidir ki, bu hadisələr unudulmayıb və unudulmayacaqdır. Xocalı qurbanlarının xatirəsi daima əziz tutulub və ehtiramla yad edilib. Türk əsilliyəm və həmişə Azərbaycanın yanındayam. Bu axşam burada olmaqla azərbaycanlı qardaşlarımızın kədərlərini bölüşürük”, - deyə E. Karavay bildirib.