05 fevral 2019 17:41
235

Ərdoğan: ABŞ-ın iki həftəsi var

ABŞ tezliklə Suriyanın şimalını və xüsusilə Mənbici tərk edəcəkləri barədə vədləri ilə Türkiyənin səbrini daşırıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, ABŞ növbəti iki həftə ərzində öz vədini yerinə yetirməsə, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacaq:

“Bizə Amerikanın sanksiyaları qorxulu deyil və Türkiyə heç nəyə baxmayaraq Suriyanın şimalında təhlükəsizlik zonasını yaradacaq”.