13 may 2019 14:21
84

“Erkən nikah və işsizlik insan alverinə şərait yaradan səbəblər kimi”

Hacıqabulda “Erkən nikah və işsizlik insan alverinə şərait yaradan səbəblər kimi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım  Mərkəzi və  nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunub. Ümumtəhsil məktəblərinin psixoloqlarının, gənclərin, sosial işçilərin və b. iştirak etdikləri tədbirdə mövzu ilə bağlı müzakirələr və maarifləndirmə aparılıb.

İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə ətraflı məlumatlar verilib.  İnsan alveri qurbanlarının, eləcə də  potensial qurbanlarının (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin) cəmiyyətə fəal inteqrasiyasında onların məşğulluğunun təmin olunmasının da xüsusi önəm kəsb etdiyi vurğulanıb. Həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, habelə onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması, məşğulluq problemlərinin həlli istiqamətində görüləcək işlər müzakirə olunub.