18 mart 2020 20:19
710

Erməni maqnatın oğlu karantinə alınıb

Rusiyada inşaat maqnatının oğlu koronavirus şübhəsi ilə karantinə alınıb.

Söhbət Moskvadakı "Yerevan Plaza"nın sahibi Gennadi Stepanyanın oğlu Şaqor Stepanyandan gedir.

Məlumata görə, hazırda o müayinə olunur. Şaqorda hələlik tənəffüs yollarının kəskin infeksiyası aşkarlanıb. Ondan yaxma götürülüb, hazırda "Uhan virusu" ilə bağlı analizlər aparılır.

Testin nəticələrinin açıqlanacağı vaxta qədər Stepanyan Moskvanın Rublyovka ərazisində yerləşən kottecində özünü təcrid edib. //Oxu.az