14 iyul 2020 12:42
840

Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

Ermənistanın təcavüzü Dağlıq Qarabağ münaqişəsini daha da gücləndirir.

Bu barədə iyulun 13-də Böyük Britaniya Parlamentinin İcmalar palatasına təqdim olunan "Azərbaycana qarşı erməni təcavüzü haqqında" 717 nömrəli sənəddədeyilir.

İcmalar Palatası qeyd edir ki, iyulun 12-də Ermənistanın törətdiyi təcavüz aktları Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayona nəzarət etməsi səbəbindən Azərbaycanla yaranan silahlı qarşıdurmanı daha da artırıb.

İcmalar Palatası Britaniya hökumətini Ermənistanın sülh prosesinə ciddi maneə olan və beynəlxalq hüququ, habelə 1994-cü ildə imzalanmış atəşkəsi rejimini pozan hərəkətlərini pisləməyə çağırır. //Trend