14 iyul 2019 17:18
220

Erməni terrorçu tərəfindən qətlə yetirilən türkiyəli diplomat anılıb

Bu gün Türkiyənin Brüsseldəki səfirliyinin attaşesi Dursun Aksoyun ASALA erməni terror təşkilatının silahlıları tərəfindən qətlə yetirilməsindən 36 il ötür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar bir sıra yerlərdə, o cümlədən Türkiyənin Brüsseldəki səfirliyi tərəfindən qanlı hadisənin törədildiyi yerdə anma mərasimləri təşkil olunub.

Qeyd edək ki, Dursun Aksoy xidməti müddətinin bitməsinə 15 gün qalmış, 1983-cü il iyulun 14-də Brüsselin “Franklin Roosevelt” prospektində, yaşadığı evin qarşısında erməni terrorçu tərəfindən amansızcasına qətlə yetirilib. Şəhid diplomatın qatili yaxalansa da, saxta bəraətlə azadlığa buraxılıb.