17 noyabr 2020 18:43
1114

Erməni vəhşiliyinə göz yumanlar terrora dəstək verənlərdir

Ermənistanın terrorçu, vandal, vəhşi dövlət olması barədə təkcə Azərbaycan tarixçiləri deyil, müxtəlif xalqların alimləri, etnoqrafları da faktlara, dəlillərə əsaslanan fikirlər söyləyiblər. Ermənilərin Kəlbəcərdən çıxarkən törətdikləri vəhşiliklər onların adına daha birini əlavə etdi: bayquş. Çünki xarabalıqlar aşiqi olan bayquşlar həmişə dağıntılar üstündə ulayır, bədbinlik gətirən gözləri ilə həyatın sonluğundan xəbər verir.

Dünyanın müxtəlif ölkələrində törədilən və kütləvi qırğınlara səbəb olan terrorların əsas iştirakçıları arasında ermənilər olması bu xalqın genetik xüsusiyyətlərindən qaynaqlanır. Faşizm ideyalarına sadiqliyini hər an göstərən ermənilər bəzi məqamlarda nasizmə də xəyanət edirlər. İldırım sürətli hücum planlarına başlayan Hitler ayağı dəyən torpaqlarda xarabalıqlar yaratsa da, tarixi abidələrə, qiymətli sənət əsərlərinə toxunmur, yaralıları daşıyan təcili yardım maşınlarına, qatarlara atəş açmırdılar. Amma erməni vəhşiləri, vandalları bu sahədə faşistlərə rəhmət oxutdururlar. Azərbaycan Ordusunun qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti nəticəsində işğaldan azad olunan torpaqlarda yaranan mənzərədən dəhşətə gələn xarici ölkə jurnalistləri belə gözlərinə inanmadıqları kimi, insanın bu qədər nifrətdolu olmasına təəccübləndilər. Amma nə edəsən ki, ermənilik mahiyyətinin əsasını təşkil edən, daşnakları dəstəkləyən I Pyotrun vəsiyyətlərində yer alan «Parçala, hökm sür» siyasəti bu xain xislətli toplumun da dövlətçilik prinsiplərinin əsasını təşkil edir.

İşğaldan azad olunan Füzülidə qələbəmizin rəmzi və müjdəsi olan üçrəngli bayrağımızın sancılması üçün nəinki bir abad tikilinin, bir divarın belə tapılmaması erməni barbarlarının, müsəlmanlara nifrətinin ifadəsi kimi dünya ictimaiyyəti tərəfindən də qeyri-insani hərəkət adlandırıldı.

Bu gün düşməndən azad olunan Kəlbəcər sözün həqiqi mənasında od tutub yanır. Prezident İlham Əliyevin humanizmindən istifadə edərək işğal etdikləri Kəlbəcərdən çıxmaq üçün verilən daha on günü insanlıq naminə edilən humanist addımı dəyərləndirmək əvəzinə, bütün binalara , məktəblərə od vurub yandıran, çoxillik qiymətli ağacları belə kəsib aparan, hətta mal-qaraya rəhm etməyən ermənilərə veriləcək adı sözlə ifadə etmək qeyri-mümkündür. Bu cür vəhşiliyə yalnız meşə qanunlarının hökm sürdüyü heyvanlar aləmində rast gəlmək olar. Çünki vandallıqdan artıq təsəvvür yaradan qana hərislik, dəhşətli mənzərə, insanlıqdan kənar vəhşilikdir. Məktəbli erməni uşağın divarlarda azərbaycanlı uşaqlara yazdığı nifrət dolu sözlər həmin məktəblinin gələcəkdə mütləq qaniçən terrorçu olacağından xəbər verir. Bu kimi hallar bir daha göstərir ki, ermənilərin etnik təmizləmə siyasəti uşaqlarına verdikləri «tərbiyə», övladlarının şüurlarına «Türk sənin düşmənindir» sözləri ilə eyni anda yerləşdirilir. Azərbaycanda, Türkiyədə zaman-zaman törətdikləri soyqırımlarının acı nəticəsi olan kütləvi qəbiristanlıqlar, Quba məzarlığı erməni faşizminin tarixi cinayətləridir. Azərbaycan xalqının tarixini əks etdirən, ilk insan məskənlərindən olan Azıx mağarasında, alban kilsələrində, Gövhər ağa məscidi kimi başqa müqəddəs ocaqlarımızda, ziyarətgahlarımızda ermənilərin törətdikləri vandallıq, azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi siyasəti, qeyri–qanuni miqrasiya bəşəri dəyərlərə də xəyanətdir.

30 ilə yaxın davam edən bu vəhşiliyi «görməyən» ATƏT, faktaraşdırıcı missiyalar, Avropa Şurası bugünlərdə də səslərini çıxarmır, Ermənistana illərdən bəri göstərdikləri loyal münasibət üçün Azərbaycan xalqından üzr istəmirlər. Rusiyanın din xadimləri Azərbaycana müraciət edərək xristian kilsələrinin qorunmasını istəyir. Ancaq məscidlərimizdə donuz saxlayan, murdarlayan ermənilərə «gözün üstə qaşın var» deməyi unudurlar. Həmin din xadimləri yəqin bilirlər ki, bəşəriyyəti yaradan Tanrı dinindən asılı olmayaraq bütün millətlərin sitayiş etdikləri tək varlıq, ilahi qüvvədir. Hansı dövlətdə yerləşməsindən asılı olmayaraq dini ocaqlar, məbədlər Tanrının evi sayılır. Bu evlərə hörmət etmək xristianın da, buddistin də, müsəlmanın da borcudur. Bakının mərkəzində illərdən bəri qorunub saxlanılan erməni kilsəsi, dini kitabları Azərbaycan xalqının multikulturalizm ənənələrinə sadiqliyini göstərməklə bütün dinlərə olan hörmət və ehtiramının nəticəsidir. İnsanlıqdan, bəşəri dəyərlərdən məhrum olan, özləri üçün mif formalaşdırmağa çalışan ermənilər çox təəssüf ki, dini dəyərlərə, tarixi həqiqətlərə də faşist təxəyyülü ilə münasibət göstərirlər. Çünki özlərinin nə tarixi, nə də hansı dinə mənsub olduqlarını təsdiqləyən mənbələri var. Köçəri xalq olduqları üçün tarixi əraziləri, özlərinə məxsus mili-mənəvi dəyərləri olmadığı üçün yürd həsrətindən, torpağa bağlılıq kimi müqəddəs duyğulardan da məhrumdurlar.

Bəli, bu gün erməni barbarlığını seyr etməyən elə bir dövlət, xalq yoxdur. Müharibə başlanan gündən 30-dan artıq xarici ölkə jurnalistinə müsahibəsində Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, erməni terrorçularının işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verən, tarixi həqiqətləri açıqlayan, beynəlxalq hüquq normalarını kölgədə qoyan, terrordan da qorxulu təhlükələr, milli münaqişələr yaradan ikili standartlardan ətraflı bəhs edən Prezident İlham Əliyev Azərbaycan torpaqlarında törədilən erməni vandalizmini dəlil, sübutlarla diqqətə çatdırmışdır. Lakin Ermənistanı dəstəkləyən qüvvələr bu çağırışlara, beynəlxalq mətbuatda yayımlanan erməni vəhşiliyini əks etdirən sözlərə, göstərilən vəhşiliklərə də səssiz qalmışlar.

Bu karlığın, korluğun səbəbləri var. Çünki terrorçu Ermənistanın yanında olan Fransa kimi digər havadarları da vaxtı ilə zəif dövlətləri istismar edərək sərvətlərini talan etmiş, xalqlarını işgəncə altında saxlamış, genetik terrorlar törətmişlər. Yəni, «Dostunu mənə göstər, sənin kim olduğunu söyləyim» məsəli kimi. Torpaqlarımızın işğal altında saxlanıldığı illərdə Dağlıq Qarabağın narkotik yetişdirilən diqqətdən kənar ərazi olduğu ilə bağlı Azərbaycan dəfələrlə dünya ictimaiyyətinə xəbərdarlıq etmiş, bu ərazilərdə terrorçu hazırlayan kampların yerləşdiyini bildirmişdir. Amma çox təəssüf ki, beynəlxalq terrorizmə qarşı mübarizə adı ilə bir çox müsəlman ölkələrində rəngli inqilablar törədən, milli münaqişələr yaradan, ksenofobiya, islamofobiya adı altında terrora dəstək göstərənlər, Vejnəlidən çıxarılan qızıl hesabına milyonlar qazananlar üçün bu gün Azərbaycan torpaqlarının işğaldan azad olunması itirilən gəlir mənbələridir. Məntiqi nəticə budur ki, Ermənistanın hərbi, siyasi, ekoloji, mədəni sahədə törətdikləri terrorlara göz yumanlar Azərbaycan xalqına qarşı törədilən soyqırımlara dəstək verənlərdir.

Ermənistanın yanında olan, separatizm meyillərini dəstəkləyənlər artıq bir həqiqəti əbədi dərk etdilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq «güclülərin, superlərin» gəlir mənbəyi olan Dağlıq Qarabağ adlı məfhum, bilərəkdən yaradılan status-kvo, təmas xətti yoxdur. İşğaldan azad olunan bütöv, qüdrətli, bütün təsir və təzyiqlərə xalqının birliyi, ordusunun qüdrəti, Ali Baş Komandanının siyasi iradəsi ilə cavab verəcək, regionda güc mərkəzi olduğunu təsdiqləyən Azərbaycan vardır. Düzdür, illərdən bəri susan dairələr hələ ki, danışmağa, Kəlbəcərdə və işğaldan azad olunan digər torpaqlarımızda erməni vəhşiliklərinə seyirçi qalırlar. Amma 80 milyonluq xalqının xeyir-duası, mənəvi, hüquqi dəstəyi ilə Azərbaycanın yanında olan Türkiyənin qardaş Azərbaycana hər cür dəstəyi susan vicdanları dilə gətirəcək.

Ermənistan törətdikləri vəhşiliklər, qətlə yetirdikləri şəhidlərimiz, yandırdıqları meşələr, evlər, dağıtdıqları dini ocaqlar üçün cavab verəcək. Prezident İlham Əliyevin «2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə , dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında» Sərəncamına uyğun olaraq lazımi tədbirlər görüləcək. «Şuşanı dirçəldəcəyik» söyləyən Prezident İlham Əliyev işğaldan azad olunan bütün ərazilərdə yeni həyatın başlanacağını əminliklə bildirir. Bugünlərdə Füzuli və Cəbrayıl rayonlarında, Füzuli və Cəbrayıl şəhərlərində olan, Xudafərin körpüsünü ziyarət edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın vətəndaşlarla görüşlərində də vurğulandığı kimi, Ermənistan tərəfindən dağıdılan evlər, yollar, mədəniyyət və təhsil müəssisələri daha gözəl, müasir olacaq, torpaqlarımızın əsl sahiblərinin nəfəsi, əlləri ilə yenidən canlanacaq.

 Onda bütün dünya biləcək ki, sabahı dünənindən də gözəl olacaq Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xuraman İsmayılqızı, «İki sahil»