08 iyul 2020 13:24
933

Erməni zabitlər arasında kütləvi dava düşüb

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən zabitlər arasında kütləvi dava düşüb.

Erməni KIV-ləri qeyd edir ki, işğalçı ordunun Madagizdə olan alayının zabitləri kapitan Armen Hayrapetyan, kapitan Erik Hayrapetyan, leytenant Armen Vartanyan və hələlik adları gizlədilən daha bir neçə zabit karantin rejimini pozaraq hərbi hissədən kənarda bir mülki sakinin evində keyf məclisinə toplaşıblar.

Lakin sonradan spirtli içkinin təsiri ilə aralarında baş verən mübahisə davaya keçib. Rabitə bölüyünün zabiti leytenant A.Vartanyan izahatında kapitanlar A.Hayrapetyan, E.Hayrapetyan və digər tanımadığı zabitlər tərəfindən döyüldüyünü bildirib. Rabitəçi zabit tibb məntəqəsinə yerləşdirilib.