13 iyul 2020 16:14
3143

Ermənilər itkiləri gizlədə bilmir: 200-dən çox ölü, 300-dən çox yaralı…

Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. 

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib. Amma erməni tərəfi itkilərini gizlətməyə cəhd edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz feysbuk səhifəsində iki erməni polisinin yaralandığını yazıb. Amma müxtəlif erməni mənbləri, sosial şəbəkə istifadəçiləri erməni tərəfinin ciddi itkilər verməsi ilə bağlı məlumatlar paylaşırlar.

Məsələn, Diana Arutyunayan adlı erməni sosial şəbəkə istifadəçisi yazır: “Cəbhədə dəhşətli hadisələr gedir. Qardaşım zəng edib dedi ki, Azərbaycan tərəfindən artilleriya atəşi açılır. Hospital və klinikalar yaralılarla doludur”. O bildirib ki, qardaşından aldığı məlumata görə, Ermənistan ordusu çox sayda itki verib: "Qardaşım ölü əsgərlərlə dolu 3 yük maşınının hərəkət etdiyini görüb. 70 əsgərin öldüyü, 300 yaralının olduğu bildirilir. Amma qardaşım ölülərin gördüyündən daha çox, hətta 200-dən çox ola biləcəyini də dedi. Nə edəcəyimizi bilmirik. Qardaşımla əlaqə itib. Şəhərdə təşviş var. Hökumət isə heç bir şey etmir".