01 fevral 2019 12:25
190

Ermənistan baş nazirinin iqamətgahında oğurluq olub

Ermənistanın baş naziri Nikol Paşinyanın Yerevandakı iqamətgahında oğurluq faktı qeydə alınıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, baş nazirin Yerevandakı Baqramyan prospektində yerləşən iqamətgahına girən oğrular 4 xatirə medalı və digər əşyaları götürərək qaçıblar. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu cinayətkarların yaxalanması üçün axtarışa başlayıb.

Erməni mətbuatının xəbərlərinə görə, Paşinyan özü bu iqamətgahda yaşamır. Lakin yaxın vaxtlarda onun buraya köçməsi planlaşdırılır.