19 yanvar 2021 18:05
1627

Ermənistan bütün qonşuları ilə daimi sülh yaratmalıdır

Vitse-spiker Lena Nazaryan: Hesab edirəm ki, Ermənistanın revanşizm düşüncəsi mənasız və zərərlidir

“İki sahil” “Sputnik.am”a istinadən bildirir ki, Ermənistan parlamentinin vitse–prezidenti Lena Nazaryan "Bu gün bir çox ekspertlər, müxtəlif fiqurlar deyirlər ki, bir neçə illik dinc həyatdan sonra güclənəcəyik, silahlanacağıq və sonra qələbə payımız üçün geri dönəcəyik. Bağışlayın, mən hesab edirəm ki, bu düşüncə mənasız və zərərlidir. Bunu kimin hesabına etmək istəyirlər? 18 yaşında yeniyetmələrin? Ümumiyyətlə Ermənistan bütün qonşuları ilə uzunmüddətli və  hətta daimi sülh yaratmağa çalışmalıdır”, - deyə  bildirib. Bundan başqa, “Bu qədər can alan müharibədən qaçmaq mümkün idimi?” sualına isə “Müharibə olmamalı, mən müharibə istəmirəm, müasir sivil dünyada bütün məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll edilməlidir " cavabını verib.

Könül Əliyeva, “İki sahil”