31 oktyabr 2020 18:18
643

Ermənistan həmsədrlərin müraciətindən sonra da yaşayış sahələrinə zərbələr endirir

Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarının yaşayış yerlərinə zərbələr endirir.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində yazılıb.

“Özü də bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəs rejiminə riayət edilməsinə dair müraciətindən sonra baş verir”, - deyə XİN-dən bildiriblər.

Xatırladaq ki, oktyabrın 30-da ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhaliyə və ya qeyri-hərbi obyektləri hədəf seçməməklə bağlı razılığa gəliblər.