28 yanvar 2019 14:45
180

Ermənistan iqtisadi cəhətdən inkişaf üçün Azərbaycandan asılıdır

“Azərbaycan Prezidenti 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün yeni imkanların və ümidlərin yarandığını bəyan etmişdi. Belə bir şəraitdə Davosda Prezident İlham Əlieyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü Ermənistan tərəfinin mövcud reallıqları başa düşməsi yönümündə müsbət addımdır”.

Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, regionumuzun şəksiz lideri Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun sözlərinə görə, regionda inkişafın və əməkdaşlığın istiqamətlərini də dövlətimizin başçısı müəyyən edir.

“Ermənistan iqtisadi cəhətdən inkişaf üçün Azərbaycandan asılıdır. Bu baxımdan, Ermənistanı getdikcə sıxan iqtisadi problemlər və ölkənin gələcək perspektivlərinin olmaması onlara Azərbaycanla əməkdaşlıqdan başqa digər yol buraxmır. Son zamanlar bu cür əvvəlcədən planlaşdırılmamış, vasitəçilərsiz qısa görüşlərin baş tutması yeni yanaşmadır və düşünürəm ki, münaqişənin həllinə yardım edir, Azərbaycanın mövqelərini daha da möhkəmləndirir”-deyə, deputat qeyd edib.