07 avqust 2019 19:29
133

Ermənistan Naxçıvanla sərhəddə hasar çəkməyə hazırlaşır

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin İrəvan nümayəndəliyinin rəhbəri Kleyr Meytronla görüşüb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə təşkilat rəhbəri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində müdafiə hasarlarının tikilməsini təklif edib. 

Məlumata görə, görüşdə tərəflər Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində son vaxtlar artan gərginliyi müzakirə ediblər. Kleyr Meytro bildirib ki, komitə Ermənistanın müvafiq strukturları ilə risklərin azaldılmasına dair pilot proqram həyata keçirməyə hazırdır. 

Belə ki, sözügedən layihə məktəblərin, uşaq bağçalarının və daha çox atəş altında qalan sahələrin ətrafında müdafiə hasarlarının çəkilməsini, eləcə də əhali arasında məlumatlandırma aparılmasını nəzərdə tutur.