24 iyul 2019 12:13
854

Ermənistan ordusu itki verdi

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsinin əsgəri həlak olub.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü əsgər Volodya Qaloyan hərbi xidmət yerində öldürülüb.

Hərbçinin hansı səbəbdən və kim tərəfdən qətlə yetirildiyi məlum olmasa da, olayla bağlı cinayət işi açılıb.