Ermənistanın silahlı qüvvələrinin giziri Samvel Qarnikoviç Meclumyanın meyiti Gümrüdə evdə asılmış vəziyyətdə aşkar edilib.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan “Facebook” səhifəsndə yazıb.
Bildirilib ki, Samvel Meclumyan hərbi hissələrdən birində orkestrdə xidmət edirmiş.